RU

Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır

Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, həftə ərzində 60-dan çox tədbir, 300-dən çox sessiya keçiriləcək, 800 beynəlxalq mütəxəssis çıxış edəcək.
 

Əbu-Dabi Maliyyə Həftəsinin rəsmi sözçüsü Məhəmməd əl-Muheyri bildirib ki, tədbir Əbu-Dabi Qlobal Bazarının (ADGM) və bütün Əbu-Dabi iqtisadi ekosisteminin aparıcı mövqeyini göstərir.


Maliyyə Həftəsi ərzində Əbu-Dabi İqtisadi Forumu, Qlobal Bazarlar Sammiti, İnvestorlar Forumu, Qrinviç İqtisadi Forumu, İnfrastruktur Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Bizim.Media

Избранный
11
7
bizim.media

8Источники