Samuxda minik maşını eşşək arabası ilə toqquşub.
Paralel.az xəbər verir ki , hadisə rayonun Füzuli kəndi ərazində qeydə alınıb.
Qadın sürücünün idarə etdiyi "Nissan " markalı minik avtomobili hərəkətdə olan zaman eşşək arabasına çırpılıb.
Nəticədə arabada olan 1980-ci il təvəllüdlü Ə.Ələkbərova və 2006-cı il təvəllüdü M.Verdiyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər, durumları orta ağırdır.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)