Almaniya həmişə İsrailin mövcud olmaq hüququnu və təhlükəsizliyini müdafiə edəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts “Yad Vaşem” xatirə kompleksini ziyarət edərkən qonaqlar kitabına yazıb.
“Almanların yəhudi xalqına qarşı törətdiyi dəhşətli Holokost cinayətini yadda saxlayacağıq”, – o qeyd edib.
“Almaniya İsrailin mövcudluğunu və təhlükəsizliyini müdafiə etməlidir. Bu, münasibətlərimizin davamlı təməlidir və əbədi olaraq belə davam edəcək”, – kansler yazıb.