RU

Biləsuvarda fərdi evdə yanğın olub – VİDEO

Biləsuvar rayonunda yanğın olub.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Çinarlı kəndində Yusif Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli 4 otaqlı ev tamamilə, yaxınlıqda sahəsi 143 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 kvadratmetr sahədə və 1 ədəd pəncərə çərçivəsi yanıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
51
12
nocomment.az

10Источники