RU

İsrail Prezidenti Netanyahunun əfv olunması məsələsini diqqətlə nəzərdən keçirəcəyini bildirib

İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş naziri Benyamin Netanyahunun mümkün əfv olunması məsələsinin İsrailin daxili işi olduğunu bildirib.

APA xəbər verir ki, O, bunu ABŞ Prezidenti Donald Trampın Netanyahunun əfv edilməsinə dair çağırışlarını şərh edərkən deyib.

“Prezident Trampın dostluğunu və fikrini hörmətlə qarşılayıram, lakin İsrail suveren dövlətdir”, – Hersoq Politico nəşrinə müsahibəsində bildirib.

Netanyahu rəsmi şəkildə əfv üçün müraciət etdikdən sonra İsrail Prezidenti əlavə edib ki, bu müraciəti son dərəcə diqqətlə araşdıracaq və yalnız “İsrail xalqının maraqlarına uyğun olaraq” qərar verəcək.

Избранный
107
1
apa.az

2Источники