RU

Hindistanda gecə klubunda partlayış onlarla insanın həyatına son qoydu

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qoa şəhərində turistlər arasında populyar olan gecə klubunda yanğınla nəticələnən güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sahilyanı Baqadakı "Birch by Romeo Lane" gecə klubunda faciə 23 nəfərin ölümünə səbəb olub.

Onlarla insan müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya yerləşdirilib. Partlayışın tikilinin mətbəxində qaz balonunun sızması nəticəsində olduğu bildirilir. Həyatını itirənlərdən əksəriyyəti yerlilərdir. Aralarında 4 turistin olduğu da qeyd olunur.

Yerli nazir Pramond Savant 3 nəfərin partlayış anında öldüyünü, qalanlarının isə tüstüdən boğulduğunu, hadisənin gecə klubunda təhlükəsizlik qaydalarının pozulması üzündən baş verdiyini bildirib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
525.az

1Источники