RU

Parkinson kişiləri daha çox hədəfə alır– Həkim səbəbi izah etdi

Parkinson xəstəliyi getdikcə “səssiz təhlükə” kimi adlandırılır və həkimlərin sözlərinə görə, bu xəstəlik qadınlara nisbətən kişilər arasında daha çox rast gəlinir.

AzPost xəbər verir ki, mütəxəssis Valeri Savanoviç KP.RU-ya açıqlamasında bildirib ki, kişi pasiyentlərdə Parkinson həm daha tez meydana çıxır, həm də daha ağır keçə bilir. Onun sözlərinə görə, xəstəlik zamanı beyində dopamin ifraz edən neyronlar tədricən məhv olur və nəticədə hərəkətlərin ləngiməsi, əzələ sərtliyi, əllərdə titrəmə, qamətin əyilməsi, qoxubilmə qabiliyyətinin zəifləməsi, yuxu pozuntuları və depressiya kimi simptomlar yaranır. Həkim qeyd edib ki, bu fərqin əsas səbəblərindən biri qadınlarda menopauzaya qədər qoruyucu rol oynayan estrogen hormonudur. Bu hormon Parkinson riskini azaldır, lakin kişilərdə belə təbii müdafiə mexanizmi yoxdur.

Savanoviç həmçinin bildirib ki, xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin nəticəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Buna baxmayaraq, kişilərin çoxu ilkin əlamətləri hiss etsə belə, həkimə müraciəti gecikdirir. Mütəxəssislər isə xəbərdarlıq edir – əllərdə titrəmə, yerişdə yavaşıma və hərəkətlərdə sərtlik hiss olunarsa, vaxt itirmədən müayinəyə getmək vacibdir.

AzPost.az

Избранный
30
azpost.info

1Источники