RU

DSX-nin Xüsusi Məktəbində “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində Bakı Hərbi Prokurorluğun əməkdaşlarının iştirakı ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, məktəbin professor-müəllim heyəti, eləcə də kursantların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dahi Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib, Heydər Əliyev muzeyi ziyarət olunub.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, digər qanunlar və normativ hüquqi aktlardan geniş danışılıb.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin effektivliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bu sahədə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda qonaqlar Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin inzibati binası – idman zalı, yeməkxana, yataqxana, dərs otaqları, tədris korpusu ilə yaxından tanış olub, xatirə fotoşəkli çəkdiriblər.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

3

4

Избранный
49
6
poliqon.az

7Источники