Məlumatlarda bildirilir ki, əməliyyata ABŞ və Avropadan olan katolik siyasətçilərin cəlb olunması planlaşdırılır. Maraqlı məqam ondan ibarətdir ki, bu şəxslərin bir hissəsi proses barədə məlumatlı olacaq, digərləri isə "vaksin modeli" ilə - yəni arxa plandan xəbəri olmadan, dolayı şəkildə kampaniyanın alətinə çevriləcək.
Sızan hesabatlarda əməliyyatın tam olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti tərəfindən hazırlandığı və yaxın vaxtlarda icra ediləcəyi qeyd olunur. Mənbələrdə istifadə edilən "ictimai ibrət" ifadəsi isə xristian ənənəsində günahkar sayılan şəxsin camaat qarşısında danlanması və "düz yola dəvət edilməsi" praktikası ilə əlaqələndirilir.
Hazırda Kiyev və Vaşinqtondan rəsmi təsdiq verilməyib. Lakin məlumatın yayılması ABŞ-Ukrayna münasibətləri fonunda geniş müzakirələrə səbəb olub.
(Musavat.com)