RU

Orban İstanbula gəldi

Macarıstanın baş naziri Viktor Orban İstanbula gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, ali qonaq 8 dekabr tarixində iki ölkə arasında keçiriləcək Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

“Macarıstanla keçiriləcək bu iclas strateji tərəfdaşlığımızın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”, – Uraloğlu bildirib.

Bizim.Media

Избранный
41
19
bizim.media

10Источники