Bəşər Əsəd və müşaviri Putinin xarici görünüşünü lağa qoyduğu video sızıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb. Suriyanın keçmiş lideri Rusiya prezidentinin “şişkin” görünüşünü estetik əməliyyatlarla əlaqələndirib.
Telekanal Suriya prezidenti Bəşər Əsəd və onun müşaviri Luna əl-Şibilin Rusiya prezidenti Vladimir Putinin xarici görünüşünü müzakirə etdiyi video yazını sızdırıb.
Görüntülərdə əl-Şibil Putinin “şişkin və donuq” görünüşü barədə zarafat edərək, bunun kosmetik prosedurların nəticəsi olduğunu bildirir.
Bəşər Əsəd isə müşavirinin fikrini təsdiqləyərək ona belə cavab verir: “Bunların hamısı estetik əməliyyatlardır”.
Xuraman Etibarlı
İnterpress.az