RU

"İlhamə Quliyeva qayıtdı ki, Əbülfəs qələt edir, nazir özüməm" - Sabiq müstəntiq

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov sosial şəbəkələrdə sabiq mədəniyyət naziri Əbülfəs Qarayev barəsində gedən müzakirələrə qoşulub.

Ölkə.Az xəbər verir ki, sabiq müstəntinq Ə.Qarayev və Xalq artisti İlhamə Quliyeva ilə bağlı bir xatirəsini izləyiciləri ilə bölüşüb:

“Xalq artisti İlhamə Quliyevanı evində dindirirdim. Birdən köməkçisi gəldi ki, Mədəniyyət naziri Əbülfəs Qarayev televizorda bayaq danışırdı ki, bir neçə mügənniyə "xalq artisti" adı verilməsi üçün təklif göndərilib.

İlhamə tez qayıtdı ki, Əbülfəs qələt edir, bu ölkənin mədəniyyət naziri özüməm, kimi istəsəm, o da xalq artisti olacaq. İndi hamı tökülüb Əbülfəs Qarayevin üstünə ki, bu adam mədəniyyətimizi dağıdıb”.

M.Abbasov bildirib ki, İlhamə Quliyeva köməkçisi Mehriban Hüseynovanın işində zərərçəkmiş idi:
“Həmçinin onun özü də Mehribanın ayağına bıçaqla xəsarət yetirmişdi”.
Müstəntiq İ.Quliyevanın nə üçün prokurorluqda deyil, evdə dinidirlməsi ilə bağlı suala cavab olaraq ayaqlarında yara olduğunu, gəzə bilmədiyini söyləyib. O əlavə edib ki, İlhamə Quliyeva öldüyünə görə, sonradan işə xitam verilib. 

Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmi son günlər ciddi müzakirələrə yol açıb. Tarixi şəxsiyyətin erotik məzmunla təqdimatını ümummilli dəyərlərə zərbə sayılır. 

Избранный
37
1
olke.az

10Источники