Azərbaycanda dərmanların icbari tibbi sığortaya daxil edilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxışında dərman vasitələrinin təminatı prosesində özəl aptek təşkilatları ilə iş prinsiplərini izah edib.
"Cebheinfo.az" xəbər verir ki, onun sözlərinə görə, ambulator dərman təminatı prosesində özəl aptek təşkilatları ilə əməkdaşlıq ediləcək. Aptek lisenziyası olan və müvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarət işçi heyətə sahib olan aptek təşkilatları agentliklə əməkdaşlıq üçün könüllü müraciət edə biləcəklər.
Aptek təşkilatlarının müraciəti əsasında ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi formasına uyğun Agentlik və apteklər arasında müqavilələr bağlanacaq. Bütün iş prosesi müqavilənin şərtlərinə uyğun tənzimlənəcək.