RU

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan RespublikasıMədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT)təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı YaradıcıHəftə – 2025”in açılış mərasimi keçirilir.

Trend xəbərverir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdətəşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrindəəməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlıanlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədidaşıyır.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbir ölkəmizinbeynəlxalq mədəniyyət platformasında artan rolunu və regiondamultikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinəverdiyi töhfəni bir daha nümayiş etdirir.

Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi,İslam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətintəbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat,təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzvdövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcısənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsinəzərdə tutulur.

Tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm,mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Buisə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlərətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsindətəxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərininyüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu”(MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelərsərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kinoproqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmışdizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalqsammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələriilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
114
36
az.trend.az

10Источники