RU

Həsən bəy Zərdabinin heykəlinin köçürülməsi təklif edilir

Bakı. Trend:

İçərişəhərdəki Ensiklopediya binasının ikinci mərtəbəsinirestoran ediblər, buna sözüm yoxdur. Həsən bəy Zərdabinin həminheykəl restoranın qarşısında yerləşir və restorana gələn insanlarbaxıb düşünə bilərlər ki, bu şəxs restoranın qapıçısıdır.

Trend xəbərverir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısıAnar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimiinkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunahəsr edilən Konfransda çıxışı zamanı deyib.

AYB sədri bildirib ki, bu, düzgün təəssürat yaratmır və Həsənbəy Zərdabinin əsl dəyərini əks etdirmir:

“Təklif edirəm ki, bu heykəl Pedaqoji Universitetetin binasınınbağçasına köçürülsün. Bu yer həm heykəl üçün layiqli, həm dəmədəniyyət və ədalət baxımından uyğun bir məkan olar”.

Избранный
25
az.trend.az

1Источники