RU

AYB sədri: Zərdabinin heykəli restoranın qapıçısı kimi görünür

“İçəri şəhərdə Ensklopediyanın binası var və onun birinci mərtəbəsini restoran ediblər. Bununla işim yoxdur. Amma onun qarşısında Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin heykəli var. İndi Zərdabinin həmin heykəli restoranın qapıçısı kimi görünür”. 

Ölkə.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

Anar təklif edib ki, həmin heykəl Şəhriyar adına Mədəniyyət Mərkəzinin qarşısında Dövlət Pedaqoji Universitetin yanındakı bağa köçürülsün. “Bu təklifimin dəstəklənməsini istəyirəm. Azərbaycanda heykəllərinin köçürülmə praktikası var. Ən ədalətli addım bu olar”, - o qeyd edib.

Mürtəza

Избранный
52
1
olke.az

10Источники