RU

Bakıda bu heykəlin yeri dəyişdirilməlidir Anar

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Prezident İlham Əliyevin orta və ali təhsilini rus dilində almasına baxmayaraq, Azərbaycan dilində son dərəcə yüksək səviyyədə danışması xüsusi diqqət çəkir”.

Globalinfo.az xəbər verir ki, bunu AYB sədri, xalq yazıçısı Anar Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda deyib.

Onun sözlərinə görə, dili qorumaq və yaşatmaq məsələsində yazıçıların rolu danılmazdır:

“Əsrlər boyunca dilimizin qorunmasında Şah İsmayılın böyük xidməti olub. XIX əsrdə Mirzə Fətəli Axundzadə altı komediyasını ana dilimizdə qələmə alaraq bu işə töhfə verib. XX əsrdə isə Cəlil Məmmədquluzadə “Anamın kitabı” əsəri ilə xalqımızın öz dilində oxumasına mühüm dəstək göstərib.

Digər bir məsələyə də diqqət çəkmək istəyirəm. Azərbaycanda niyə bütün dükanlar market adlandırılır? Deyirlər ki, turistlər üçün. Amma bu, doğru addım deyil. Turist görmür ki, bu dükanda paltar yoxsa, meyvə-tərəvəz satılır?!”

Anar Rzayev Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsini təklif edib:

“Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu. Ancaq indi həmin binanın birinci mərtəbəsi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi məntiqsizdir. Heykəl Azərbaycan Pedaqoji Universitetinin ərazisində olmalıdır. Tariximizdə heykəllərin yerini dəyişdirmək kimi praktika var”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
81
globalinfo.az

1Источники