RU

Jurnalist Rassel Bentlini öldürən hərbçilərə HÖKM OXUNDU

Jurnalist Rassel Bentlini öldürən hərbçilərə hökm oxundu

Jurnalisti işgəncə ilə öldürüb cəsədini partladan hərbçilər 12 ilə qədər həbs cəzası aldılar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Vitali Vansyatski, Vladislav Aqaltsev, Vladimir Bajin və Andrey İordanov barəsində çıxarılan hökmə əsasən, onlar jurnalist Rassel Bentlinin qətlində təqsirli biliniblər.

İstintaq və məhkəmə müəyyən edib ki, 2024-cü il aprelin 8-də Donetsk şəhərində Vansyatski, Aqaltsev və İordanov jurnalistə qarşı səlahiyyətlərini aşaraq fiziki zorakılıq və işgəncə tətbiq ediblər ki, bu da ehtiyatsızlıqdan onun ölümünə səbəb olub. Həmin gün Vansyatski və Aqaltsev cəsədi avtomobillə birlikdə partladaraq cinayəti gizlətməyə çalışıblar. Ertəsi gün, aprelin 9-da isə Bajin Vansyatskinin göstərişi ilə Bentlinin cəsədinin qalıqlarını başqa yerə köçürərək xüsusilə ağır cinayəti ört-basdır edib.

İstintaq zamanı təqsirləndirilən şəxslər günahlarını tam etiraf edərək əməllərindən peşman olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə fiqurantlara 12 ilə qədər müxtəlif müddətli həbs cəzaları təyin edilib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
23
interpress.az

1Источники