Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 8-də Şəhidlər xiyabanını ziyarət edib.
Doğru.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
DOĞRU.AZ