RU

"Üç balam getdi... Bu dərdə necə dözüm?" - VİDEO 

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində yanğın baş verib. Yanğında 4 nəfər həlak olub. Onlardan üçü ana və iki uşağı, digəri isə qonşu mənzildə yaşayan şəxs olub.

Moderator.az xəbər verir ki, həyat yoldaşı və iki övladını itirən Əkrəm Yusifov ailəsinin məzarından paylaşım edib.O, paylaşımına bu sözləri qeyd edib:

"Üç balam getdi... Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız?"

Xatırladaq ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib: "Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərətəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

 



 

Избранный
9
1
moderator.az

2Источники