RU

Rejissoru "Məhsəti" filmi ilə bağlı paylaşımını sildi - Səbəb

Rejissor Suada Qarayevanın “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” festivalının proqramından çıxarılıb.

Ekran əsəri ətrafında günlərdir davam edən mübahisələr və kəskin tənqidlər fonunda rejissor filmin festivaldan kənarlaşdırılmasına etiraz edən paylaşımını sosial media hesabından silib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın yaydığı açıqlamada filmdə ədəbi irsə hörmətsizlik edildiyi, Məhsəti Gəncəvi obrazının ciddi şəkildə təhrif olunduğu və etik norma çərçivələrinin pozulduğu bildirilir.

Şuranın fikrincə, ekran işində Məhsəti Gəncəvi gəzəyən, əxlaqsız qadın kimi təqdim edilir və obrazın mənəvi kimliyi ilə göstərilən səhnələr arasında böyük uyğunsuzluqlar mövcuddur.

Qeyd edək ki, Suada Qarayevanın atası sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevdir.

Избранный
9
kulis.az

1Источники