RU

Afrika korpusu Malinin qara kabusuna çevrilib

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya tərəfindən hərbi və maddi dəstək alan, Müdafiə Nazirliyinə bağlı olan "Afrika korpusu"nun döyüşçüləri Mali dövlətində mülki şəxsləri oğurlamaq və öldürməklə məşğul olurlar.

Reyting.az xəbər verir ki, bu barədə "Associated Press" nəşri yazıb.

Faktları dəqiqləşdirmək üçün media agentliyin əməkdaşları 30-dan çox malili qaçqınla danışıblar. Onlar bildiriblər ki, bir çoxları "Vaqner" hərbi qruplaşması ölkədən çıxandan sonra vəziyyətin yaxşılaşacağına ümid etsələr də, fəallaşmış yeni qüvvələrin zorakılığı hələ də davam edir.

Qaçqınlar "Associated Press" agentliyinin araşdırmaçı jurnalistlərinə talan edilmiş və yandırılmış kəndlərin görüntülərini təqdim edib, bəzi sakinlər isə hətta həlak olmuş yaxınlarının orqanları çıxarılmış cəsədlərini tapdıqlarını söyləyiblər.

Yerli əhali "Afrika korpusu"nun Malinin qara kabusuna çevrildiyini, bunun günahkarının isə Rusiya hərbçiləri olduğunu bildiriblər.

Rusiyanın Müdafiə Nazirliyi isə bu faktları nə təkzib, nə də təsdiq edib və "Associated Press"in sorğusuna cavab verməyib.

Xatırladaq ki, "Vaqner" hərbi qruplaşması 2025-ci ilin iyunundan Malidəki missiyasını başa vurmuş, bu ölkəni tərk etmişdi. Onun yerini isə 2023-cü ildə Rusiyanın, xüsusilə də "Vaqner"in dəstəyi ilə yaradılmış "Afrika korpusu" tutub.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
reyting.az

1Источники