RU

“Napoli” 38 ildən sonra rekordunu təkrarladı – ARENA.AZ

Futbol üzrə İtaliya A Seriyasının 2024/2025-ci illər mövsümünün qalibi “Napoli” 38 ildən sonra özünə məxsus rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, Antonio Kontenin baş məşqçisi olduğu kollektiv 2025-ci ildə İtaliya A Seriyasında keçirdiyi ev matçlarını məğlubiyyətsiz başa vurub.

Komanda son olaraq İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün 14-cü turunda “Yuventus”u 2:1 hesabı ilə üstələyib. Bu, Neapol təmsilçisinin cari ildə doğma meydanda sonuncu matçı olub.

Son olaraq 38 ilə əvvəl, 1987-ci ildə belə hal yaşanıb.

Xatırladaq ki, “Napoli” hazırda 31 xalla İtaliya A Seriyasının yarış cədvəlinə liderlik edir. Antonio Kontenin komandası keçirdiyi 14 oyunda 10 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Избранный
30
8
arena.az

10Источники