RU

“1 2 hadisəyə görə bütün Çin avtomobillərinin yanmağa meyilli olduğunu iddia etmək doğru deyil”

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

“Elektrik və hibrid avtomobillərdə elektrik naqillərinin və cərəyanın çoxluğu müəyyən risklər yaratsa da, bu avtomobillər istehsal zamanı beynəlxalq təhlükəsizlik standartlarına uyğun hazırlanır. Bu baxımdan, mövcud risklər nəzərə alınaraq, istehsalçılar tərəfindən ciddi tədbirlər görülür”.Bu fikirləri nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a açıqlamasında deyib.O diqqətə çatdırıb ki, son dövrlərdə Çin avtomobilləri ilə bağlı yanğın hadisələri ətrafında cəmiyyətdə müəyyən söz-söhbətlər dolaşır:“Lakin bu barədə konkret və təsdiqlənmiş statistika yoxdur. Bir və ya iki hadisəyə əsaslanaraq, bütün Çin avtomobillərinin yanmağa meyilli olduğunu iddia etmək doğru deyil. Əgər obyektiv yanaşsaq, digər ölkələrdə istehsal olunan avtomobillər arasında da oxşar hallar müşahidə olunur. Deməli, bu, yalnız Çin istehsalı olan avtomobillərlə məhdudlaşmır. Əksinə, bu gün elektrik avtomobilləri getdikcə daha müasir, keyfiyyətli və təhlükəsizlik baxımından təkmilləşdirilmiş formada istehsal olunur”.Ekspert bildirib ki, müasir avtomobillər üçün tətbiq edilən yeni texniki standartlar onların təhlükəsizliyini xeyli artırır:“Əksər hallarda belə yanğınlar avtomobilə sonradan edilən müdaxilələr nəticəsində baş verir. Avadanlıqların düzgün quraşdırılmaması avtomobilin elektrik sistemində qısaqapanmaya, nəticədə isə yanğına səbəb ola bilər. Bu səbəbdən də avtomobillərə edilən hər bir əlavə müdaxilə yalnız mütəxəssislər tərəfindən və standartlara uyğun şəkildə həyata keçirilməlidir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
demokrat.az

1Источники