RU

Ağbənd-Kəlalə avtomobil körpüsü gələn il hazır olacaq

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, 2025-ci ilin Azərbaycan–İran İli çərçivəsində iki ölkə üçün əlamətdar bir mərhələ formalaşıb. Rəsmi görüşlər fonunda mühüm nəticələr əldə edilib və ikitərəfli əməkdaşlıq yeni inkişaf mərhələsinə yüksəlib.

2024-cü ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 650 milyon ABŞ dolları təşkil edib deyən nazir vurğulayıb ki, tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində müzakirələr aparıblar: “Hazırda Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası davam etdirilir və layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur. Bu körpü iki ölkə arasında nəqliyyat və kommunikasiya sahələrində əlaqələrə mühüm töhfə verəcək”, - deyə nazir əlavə edib.

AzVision.az
Избранный
23
7
azvision.az

9Источники