RU

Kamal Umudlu “Atalanta” – “Çelsi” oyununa təyinat aldı – ARENA.AZ

Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə növbəti oyuna təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Kamal Umudlu UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Atalanta” (İtaliya) – “Çelsi” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Görüş dekabrın 9-da Berqamo şəhərində yerləşən Bortolotti İdman Mərkəzində keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Qeyd edək ki, UEFA Gənclər Liqasının əsas mərhələsinin geridə qalmış 5 turundan sonra “Atalanta” 4 xalla 27-ci pillədə qərarlaşıb. “Çelsi” isə 13 xalla 2-cidir. Yarış cədvəlinə 15 xala malik Madrid “Real”ı başçılıq edir.

Избранный
7
8
arena.az

10Источники