Olaylar.az xəbər verir ki, bu barədə Avropa Sənayeçilərinin Dairəvi Masası (ERT) tərəfindən keçirilən sorğu məlumat verir.
Təxminən 60 böyük şirkət rəhbərinin iştirak etdiyi sorğuya görə, onların üçdə birindən çoxu Avropaya planlaşdırdıqlarından daha az vəsait yatırır və ya investisiya qərarlarını təxirə salıb. Respondentlərin 45%-i ABŞ-də əvvəl nəzərdə tutulandan daha çox investisiya etdiklərini bildirib. Yalnız 8% rəhbər Avropada investisiyaları artırmağı planlaşdırır.
Şirkət rəhbərləri Mário Draqi və Enriko Letta tərəfindən hazırlanmış və Aİ-nin rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş islahat paketi üzrə real addımların gecikməsindən narahatdırlar. Sorğuda iştirak edənlərin 76%-i bu təşəbbüslərin "demək olar ki, heç bir müsbət nəticə" vermədiyini bildirib.