RU

Milliyet: "Avropa Türkiyəyə pənah gətirir"

Bu ifadələr Türkiyənin "Milliyet" qəzetində yayımlanmışməqaləndəndir.Müəllifin sözlərinə görə, Avropa özünün NATO müttəfiqini "yalnız lazım gələndə" xatırlayır:

"Keçmişdə Avropanın NATO-ya üzv ölkələrinin Türkiyənin əleyhinə həyata keçirdikləri hər cür iyrənc intriqa, sui-qəsd ve hərbi çevrilişlə, terror təşkilatlarına qarşı mübarizəmizə əngəl törədən embarqolarla qarşılaşmışıq. Hava hücumundan müdafiə sisteminə ehtiyac duyanda onlar heç məhəl qoymadılar, üstəlik, bir neçə "Patriot" kompleksimizi əlimizdən aldılar".

Məqalədə diqqətə çatdırılır ki, hazırda isə bu vəziyyət dəyişib: Avropa Rusiyadan qorxaraq ikiüzlülüyə əl atır, Ankaraya yaltaqcasına yanaşmağa çalışır:

"Ehtiyac duyduqları üçün boyunlarına alırlar ki, Türkiyənin müdafiə sənayesi NATO-nun potensialını gücləndirir. Bu mətləbi NATO-nun Baş katibi Mark Rutte də keçən həftə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə şəxsən dilə gətirib".

Firudin Həmidli
AzVision.az
Избранный
29
1
azvision.az

2Источники