MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə ab-havanı necə dəyərləndirmək olar?..Turan Rzayev: “MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü simvolik xarakter daşıyır. Görüşdə ümumi regional məsələlər və dövlətlərarası məsələlər müzakirə edilir”.“Sankt-Peterburq görüşündə mühüm nailiyyətin əldə olunacağını demək çətindir. Amma sülh müqaviləsi istiqamətdə müəyyən danışıqların aparılmasını demək olar”.Bu sözləri politoloq Turan Rzayev MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşünü Poliqon-a şərh edərkən qeyd edib.Dünən Azərbaycan prezidenti Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edib. Bu görüşün ab-havasını necə dəyərləndirmək olar? Ümumiyyətlə, MDB-nin postsovet məkanına siyasi və iqtisadi təsirləri barədə nə demək oıar?MDB-nin postsovet məkandakı rolunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.Turan Rzayev: “Son illərdə Rusiyanın MDB dövlətlərini ətrafında cəmləməsi və Rusiya-Ukrayna müharibənin fəsadlarına baxmayaraq müəyyən mənada gücünü toplamaq cəhdləri də diqqət çəkir”.Bu səfər zamanı qeyri-rəsmi olsa da, Azərbaycan prezidentinin Paşinyanla görüşməsini mümkün hesab edən politoloq qeyd edib ki, Paşinyan üçün Qərb platformalarında İlham Əliyevlə görüşməsi daha məqbuldur:“Ümumiyyətlə, MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü simvolik xarakter daşıyır. Görüşdə ümumi regional məsələlər və dövlətlərarası məsələlər müzakirə edilir. MDB təşkilat kimi dünya siyasət sistemində o qədər də mühüm yer tutmur. Bununla belə son illərdə Rusiyanın MDB dövlətlərini ətrafında cəmləməsi və Rusiya-Ukrayna müharibənin fəsadlarına baxmayaraq müəyyən mənada gücünü toplamaq cəhdləri də diqqət çəkir.Azərbaycan MDB üzvüdür və bu təşkilatla müsbət əlaqələrimiz var. Ermənistanı çıxmaq şərtilə Azərbaycanın təşkil üzvlərinin hər bir ilə də ayrı-ayrılıqda əlaqələri var. Buna baxmayaraq indiki dövrdə Sankt-Peterburqda keçirilən görüşü və prezident İlham Əliyevin Rusiyaya səfərini mühüm saymaq olar. Xüsusilə də, Ermənistan-Azərbaycan arasında sülh prosesinin davam etdiyi və sülh müqaviləsi istiqamətdə mühüm addımların atıldığı bir zamanda belə bir görüşün keçirilməsi yaxşıdır.Turan Rzayev: “Azərbaycan üçün görüş yerinin, məkanın hara olmasının o qədər də fərqi yoxdur”.Eyni zamanda, bu səfər zamanı qeyri-rəsmi olsa da, Prezidentin Paşinyanla görüşməsi mümkündür. Təbii ki, Paşinyan üçün Qərb platformalarında İlham Əliyevlə görüşməsi daha məqbuldur. Çünki Paşinyan orada özünü daha rahat və təhlükəsiz hesab edir. Amma Azərbaycan üçün görüş yerinin, məkanın hara olmasının o qədər də fərqi yoxdur. Təki Ermənistan sülh müqaviləsinə sadiq olsun və sülh istiqamətində ciddi addımlar atmaqda maraqlı olsun. Yəni əslində Ermənistan tərəfinin atacağı addımlardan asılı olaraq, Azərbaycan tərəfi mövqeyini bildirir. Əgər Ermənistan sülhə maraqlıdırsa, Azərbaycan da sülh istiqamətində addımları dəstəkləyəcək. Yox Ermənistan prosesi dalana aparacaqsa, Azərbaycan da buna lazımi tədbirlər görəcək.Təbii ki, Sankt-Peterburq görüşündə mühüm nailiyyətin əldə olunacağını demək çətindir. Amma sülh müqaviləsi istiqamətdə müəyyən danışıqların aparılmasını demək olar”.Nərminə UMUDLU Poliqon.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта