RU

Kölgə iqtisadiyyatı maliyyə sisteminə necə təsir edir?

Bakı, 8 dekabr, AZƏRTAC

Kölgə iqtisadiyyatı maliyyə sisteminə bir neçə istiqamətdə təsir göstərir və ona zərər vurur. Bunun ilk nəticəsi vergi bazasının daralmasıdır. Digər təsir istiqaməti isə fiziki və hüquqi şəxslərin vəsaitlərinin bank sektoruna daxil olmasını məhdudlaşdırmasıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov məlumat verib.

Onun sözlərinə görə, bu proses uçotun şəffaflığına mənfi təsir göstərir və şəffaflaşdırma probleminin dərinləşməsi maliyyə sabitliyi üçün risk yaradır.

“Nəticədə kreditlər daha baha başa gəlir və əhaliyə yüksək faizlə təqdim olunur. Kölgə iqtisadiyyatı bank sektorunu resurs çatışmazlığı ilə qarşı-qarşıya qoyur, eyni zamanda büdcə daxilolmalarına mənfi təsir göstərir. Hər iki amil dayanıqlı maliyyə sistemi üçün ciddi risk sayılır”, - deyə Eldəniz Əmirov vurğulayıb.

Ekspert qeyd edib ki, kölgə iqtisadiyyatının azaldılması istiqamətində ölkədə həyata keçirilmiş layihələr arasında ən uğurlularından biri “ƏDV geri al” layihəsidir. Onun fikrincə, bu innovativ mexanizm kölgə iqtisadiyyatının əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.

Избранный
22
azertag.az

1Источники