RU

Daşkəsəndə məktəblilər arasında basketbol turniri keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz”MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandalarıarasında basketbol turniri keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman NazirliyininGəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və TəhsilNazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi iləkeçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib.

Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasındakeçirilən turnirin final oyunu və mükafatlandırma mərasimindəməktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası QızbəsAbbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov,“AzerGold” QSC-nin müşaviri Anar Abdullayev, “Daşkəsən Dəmir Filiz”MMC-nin baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə dəGənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbərşəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirakediblər.

Tədbirdə çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın inkişafınagöstərilən dövlət qayğısından, xüsusilə bölgələrdə idmaninfrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılmasındansöz açıblar.

Bildirilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fizikivə sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimimüsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir.

Nitqlərdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-ninkorporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyilayihələrin bölgənin sosial-ictimai həyatında mühüm rol oynadığıqeyd olunub.

Yekunda 3 günlük turnirdə qalib gələn komandalar, həmçinin “Ənyaxşı oyunçu” nominasiyasının qalibi və turniri idarə edən hakimlərmükafatlandırılıb. Qaliblərə kubok, medal və diplom təqdimedilib.

Qeyd edək ki, turnirin yekununda Anar Mürsəlov adına 2 nömrəlitam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri,Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri,İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin basketbolkomandaları tutub.

Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Məqalədə:
Избранный
58
14
az.trend.az

10Источники