RU

Bəşər Əsədin ŞOK ETİRAFLARI – Prezident Sarayından sızan gizli VİDEO

Devrilmiş Suriyalı lider Bəşər Əsəd və onun keçmiş müşaviri Luna Əl-Şiblin 2018-ci ildə çəkilmiş görüntüləri mübahisələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, həmin görüntülər Şərqi Qutadan lƏsədin yerli əhaliyə, öz əsgərlərinə və hətta öz soyadına qarşı təhqiramiz ifadələri, eləcə də dağıdılmış binalara qarşı mövqeyi yer alır.

Videoda Əsədin Luna Əl-Şiblin “Qutadan çıxmaq üzrəyik, nə deyəcəyik?” sualına cavab olaraq, “Quta cəhənnəmə getsin” dediyi eşidilir. Eyni zamanda, o, iqtisadi çətinliklərlə üzləşən yerli əhalinin məscid tikintisini tənqid edərək onları “məsuliyyətsiz fironlar” adlandırıb və Şərqi Qutalıları “cəmiyyətin ən pisləri” kimi təhqir edib. “Yeməkləri yoxdur, amma məscidlərə pul xərcləyirlər” ifadəsi də bu görüntülərdə yer alır.

Şiblinin “Humanitar məsələlərdən danışmağa dözə bilmirsən, amma hərbi məsələlərə gəldikdə dirilirsən” dediyi, Əsədin isə “Yalnız utanc deyil, həm də ikrah hissi keçirirəm” cavabını verdiyi görünür. Ayrıca, Əsədin öz soyadını (ərəbcə “Aslan” mənasını verir) lağa qoyaraq “Bu heyvan adı dəyişdirilməlidir” dediyi qeyd edilir.

Bu görüntülər, Prezident Sarayında “Tam məxfi” qeydini daşıyan bir zərfdə aşkar edilib.

 

Aliyə

Избранный
23
nocomment.az

1Источники