RU

Məlhəm Hospitalda şok: Həkim pasienti çılpaq formada paylaşdı

Bakıda fəaliyyət göstərən Məlhəm Beynəlxalq Hospitalında mammoloq və radioloq Günel Qəmbərovanın biopsiya proseduru etika pozuntusu ilə gündəmə gəlib.

"Cebheinfo.az" Bakıvaxtı.az-a istinadən xəbər verir ki, məlumata görə, həkim proseduru qeyri-qanuni steril şəraitdə həyata keçirib və həmin görüntüləri sosial mediada yayımlayıb.

Qeyd edək ki, bu hərəkət tibbi peşə standartlarına uyğun hesab olunmur.

Məlumata görə, Günel Qəmbərova həmçinin Azərbaycan Tibb Universitetinin "Şüa diaqnostikası və terapiyası" kafedrasının assistentidir və hazırda Məlhəm Beynəlxalq Hospitalında çalışır.

Xatırladaq ki, yaxın zamanda Məlhəm Hospitalında əməliyyat zamanı pasiyentin ölümü ilə bağlı da xəbərlər yayılmışdı.

"Cebheinfo.az"

Избранный
6
2
cebheinfo.az

3Источники