RU

Qonşu səs-küyə görə ana və 6 yaşlı uşağını vəhşicəsinə ÖLDÜRDÜ – FOTO

Moskvada qonşu səs-küyə görə ana və 6 yaşlı uşağını vəhşicəsinə öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Qadın və birinci sinif şagirdi amansızcasına döyülərək qətlə yetirilib.

Hadisə Moskva vilayətinin Kotelniki şəhərində, Sosnovaya küçəsindəki evlərdən birində baş verib. Mənzildə 34 yaşlı Alina V. və onun birinci sinifdə oxuyan 6 yaşlı oğlu Kirillin meyitləri tapılıb.

Məlumata görə, hər iki şəxs ağır şəkildə döyülüb, əsas xəsarətlər baş nahiyəsindən yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi tez bir zamanda saxlayıblar. Bu, öldürülənlərin 32 yaşlı qonşusu Yevgeni Q.-dır.

Moskva vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, qadınla qonşusu arasında uzun müddətdir münaqişə mövcud olub. Yevgeni iddia edib ki, uşaq və anası mənzildə həddindən artıq səs-küy salırlar.

Faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
52
interpress.az

1Источники