RU

Kimlər gün ərzində 2-3 litr su içə bilər? -Terapevtdən AÇIQLAMA

Hər zaman eşitdiyimiz bir cümlə var: gün ərzində ən azı 2-3 litr su içmək lazımdır.

Bəs bu, bütün insanlara aiddirmi? Hər kəs rahatlıqla yetəri qədər su içə bilərmi?

Həkim-terapevt Günay Lətifova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, bu, yanlış düşüncədir:

"Çünki hər insan, hər orqanizm individualdır və problemindən asılı olaraq su təyinatı mütləq şəkildə olmalıdır. Orqanizmin 95%-i sudan ibarətdir, buna görə də su içmək vacibdir, lakin miqdarı tamamilə insandan-insana dəyişir. Məsələn, hormonal problemi olan insanlarda su içmə saatı fərqli olmalıdır. Bu gün ən çox yayılmış xəstəlik Haşimoto xəstəliyidir, yəni qalxanvari vəzin autoimmun xəstəliyidir. Biz altıdan sonra həmin insanlara su içməyi tövsiyə etmirik, çünki bədəndə şiş və ödəm yaradır. Eyni zamanda həmin insanın 2-3 litr su içməsi bədənin daha da çox şişməsi deməkdir. Ona görə də onlara suyun yarı faizi, yəni yarı miqdarı içmək tövsiyə olunur".

Həkimin sözlərinə görə, insulin dirənci olan insanlar, yəni şəkər xəstəliyindən və diabetdən əziyyət çəkənlər isə daha çox suya meyilli olurlar:

"Onlara su içmək tövsiyə olunur, amma miqdarında. İdmanla məşğul olan insanlara isə su içmək daha çox tövsiyə edilir. Yaşlı insanların orqanizminin daha tənbəl işlədiyini nəzərə alaraq, onlara çox su içirtmək bədəndə limfalarda tutulma yaradır. Yəni suyun içilmə qədəri insandan-insana fərqlidir. Hər kəs 2-3 litr su içməməlidir".

Aytəkin TOFİQQIZI

Избранный
29
1
redaktor.az

2Источники