RU

Günəşdə nadir “qara məşəl” hadisəsi baş verdi

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Doğru.az xəbər verir ki, dekabrın 8-də Moskva vaxtı ilə saat 00:00-da Günəş səthində nadir “qara məşəl” fenomeni qeydə alınıb.

Laboratoriyanın açıqlamasına görə, qeyri-adi parıltı partlayış zamanı Günəşin səthindən sıx və soyuq hidrogen buludunun ayrılması ilə yaranıb. Hadisə nəticəsində plazma Günəş diskinə səpələnib və səhər saatlarına yaxın tamamilə yoxa çıxıb.

Məlumata görə, bu proses zamanı soyuq plazma qismən parçalanıb, böyük hissəsi isə yüksək temperaturun təsiri altında “buxarlanaraq” dağılıb. Hadisə astronomlar tərəfindən “nadirdir və elmi baxımdan diqqətəlayiq” kimi qiymətləndirilib.

Bundan əvvəl dekabrın 8-i səhər saatlarında Günəşdə güclü rentgen şüalanması da qeydə alınıb. Mütəxəssislər xəbərdarlıq ediblər ki, bu fəaliyyətlə əlaqədar olaraq dekabrın 9 və 10-da Yer kürəsində güclü maqnit qasırğalarının baş verməsi mümkündür. Qasırğalar zamanı qütb işıqlarının müşahidə olunma ehtimalı yüksəkdir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
dogru.az

2Источники