RU

“Biləcəri" bazarında nöqsanlar aşkarlandı: yüksək riskli məhsullar...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şəhərtipli qəsəbə, M.S.Ordubadi küçəsi, 7A ünvanında fiziki şəxs Məmmədov Rauf Vaqif oğluna məxsus “Biləcəri" ərzaq bazarında monitorinq aparıblar.

Agentlikdən Publika.az-a verilən məlumata görə, monitorinq zamanı bazarda texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.

Aparılan monitorinq nəticəsində balıqların, süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə, saxlanma şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı, bazarda yüksək riskli məhsulların (ət və süd) müşayiətedici sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkarlanıb. Həmçinin işçilərin xüsusi geyim ilə təmin olunmadığı müəyyən edilib.

Избранный
9
5
publika.az

8Источники