Azərbaycan Slovakiya üçün uzunmüddətli perspektivdə strateji tərəfdaş ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.
O vurğulayıb ki, Azərbaycan Slovakiyanın enerji təchizatında böyük rol oynaya bilər:
"Müdafiə sənayesi sahəsi də əməkdaşlıq üçün vacib sahədir. Biz sadəcə Azərbaycana silah satmaq niyyətində deyilik, bütövlükdə birgə istehsal, texnoloji əməkdaşlıq önəmlidir. Birgə istehsal edilən məhsulları başqa ölkələrə çıxara bilərik".