Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Merts Londonda birgə görüşdən sonra jurnalistlərin suallarını cavablandırmayıblar.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Belə ki, liderlər ənənəvi foto üçün Baş nazir Kir Starmerin Dauninq-stritdəki iqamətgahından çıxıblar, amma görüş barədə fikir bildirməyiblər.
Fotosessiyadan sonra Starmer və Zelenski iqamətgaha qayıdaraq ikitərəfli danışıqları davam etdiriblər. Makron və Merts isə jurnalistlərin suallarını cavabsız qoyub və Dauninq-striti tərk ediblər.
Ukrayna lideri görüşün yekunlarına dair sosial şəbəkə hesabındakı paylaşımında müttəfiqlərin birgə səylərinin əhəmiyyətini vurğulayıb:
"Real təhlükəsizliyə zəmanət ümumi çağırış və birgə işdən asılıdır. Dəstəyə görə təşəkkür edirəm".