Bakı. Trend:
"Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turuçərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.
Trend xəbər verir ki, bubarədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi oyuna ciddi itkilərləçıxacaq.
Müdafiəçilər Kaan Aynah və Vilfred Sinqo, yarımmüdafiəçi MarioLemina zədəlidir. Digər müdafiəçi Arda Ünyay isə cəzalı durumdadır.Bu oyunçular komanda ilə birlikdə səfərə aparılmayacaq.
Qeyd edək ki, "Monako" - "Qalatasaray" qarşılaşması sabahkeçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.