RU

Baxçalının partiyasının nüfuzu aşağı düşüb

Türkiyənin əsas siyasi təşkilatlarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) nüfuzu kəskin aşağı düşüb. SONAR Araşdırmalar Təşkilatının keçirdiyi sorğu nəticəsində məlum olub ki, MHP-yə ümumxalq dəstəyi 25 ildə heç vaxt bu qədər zəif olmayıb. Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, "Terrorsuz Türkiyə" layihəsində həlledici rol oynamasına baxmayaraq, əhalinin Dövlət Baxçalının lideri olduğu partiyaya etimadı aşağıdır. SONAR Araşdırmalar Təşkilatının sədri Hakan Bayrakçı bildirib ki, noyabr ayında MHP-nin reytinqi 4,4 faiz olub. MHP-nin nüfuzunun kəskin aşağı düşməsinə səbəb kimi partiya sədri Dövlət Baxçalının hazırda məhbus həyatı yaşayan PKK lideri Abdullah Öcalanın ünvanına isti sözlər söyləməsi göstərilir.

MHP-dən fərqli olaraq hakimiyyətə müaxalif mövqedə dayanan Cümhuriyyət Xalq Partiyasının (CXP) səslərini noyabrda təxminən 2 faiz artırdığı açıqlanıb.

Избранный
20
1
metbuat.az

2Источники