RU

“Qəbələ” – “Turan” matçı sabah da keçirilməyəcək – ARENA.AZ

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasının 14-cü turunun yarıda qalmış “Qəbələ” – “Turan Tovuz” matçı ilə bağlı yeni açıqlama yayıb.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan Premyer Liqasının 14-cü turunun qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmış “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

Turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.

Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bu gün Qəbələdə keçirilən bu matç qatı duman səbəbindən yarıda dayandırılmış, daha sonra təxirə salındığı açıqlanmışdı.

Избранный
14
3
arena.az

10Источники