RU

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub – FOTO

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edildi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev xatirə kitabını imzaladı.

DOĞRU.AZ

image-17652051781842342436_1200x630 image-176520517873977319_1200x630 image-1765205178128688846_1200x630 image-17652051785022959671_1200x630 image-17652051785508446340_1200x630 image-17652034141423712203_1200x630 image-1765205178599049422_1200x630 image-17652034143630324889_1200x630 image-17652051783510249331_1200x630 image-17652051783954530186_1200x630 image-1765203414870527686_1200x630 image-1765203414141141463_1200x630 image-1765203414462161459_1200x630 image-17652034142904426493_1200x630 image-17652034145142348751_1200x630 image-17652034142910237128_1200x630 image-1765203414317401278_1200x630 image-1765203414439331060_1200x630 image-17652035012650047492_1200x630 image-1765203501367684484_1200x630 image-17652051781518023111_1200x630 image-17652051781470638927_1200x630

Избранный
30
42
dogru.az

10Источники