RU

Prezidentlər “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev və Prezident Peter Pelleqrini abidənin önünə əklil qoydular.

Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışan zaman həlak olanların xatirəsinə həsr edilib.

Избранный
12
36
operativmm.az

10Источники