RU

Azərbaycanda kommunal xidmətlərlə bağlı mühüm YENİLİK olacaq

“Azərişıq”da kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir. İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur.

Publika.az Bizim.media-ya istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultanov Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.

“Azərenerji”də 143 obyekt artıq rəqəmsal sistemə qoşulubdur. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə yarım stansiyalardır.

Избранный
92
5
publika.az

6Источники