Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada aparılacaq təmir səbəbilə iki qəsəbənin bir hissəsində elektrik verilişi dörd saatlıq dayandırılacaq. Bu barədə “Azərişıq” ASC bildirib.
10 kV-luq ikinci bölmədə yenidənqurma işləri 9 dekabr saat 10:00–14:00 aralığında həyata keçiriləcək və bu müddətdə Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsi enerjisiz qalacaq.
“Azərişıq” qeyd edib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə enerji təchizatının keyfiyyəti artırılacaq.