ain.az bildirir, Reyting.az portalına istinadən.
Ankarada Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2025-ci ildə Türkiyə-Macarıstan Elm və İnnovasiya İli ərzində birgə layihələrə vəsait ayrılıb və 28 birgə tədbir həyata keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə Türkiyə lideri mətbuata birgə açıqlamasında sanışıb.
Onun sözlərinə görə, Orbanla 6 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağa yaxındırlar: “Ölkələr arasında böyük ticarət potensialını nəzərə alaraq, hədəfin 10 milyard dollara çatdırılması imkanlarını müzakirə etdik. Mövcud iqtisadi və ticarət mexanizmlərindən səmərəli şəkildə istifadə edilməsi barədə razılığa gəldik”.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.