RU

İran yağışları artırmaq üçün bu üsula əl atıb

"Ölkədə şiddətli quraqlıqdan qaynaqlanan su böhranı davam edərkən, yağışları artırmaq məqsədilə ölkə üzrə hava məkanında pilotsuz uçuş aparatları (PUA) ilə bulud toxumlama əməliyyatlarının həyata keçirilir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın Energetika Naziri Abbas Aliabadi deyib.

O, ölkə miqyasında aparılan bulud toxumlama əməliyyatlarının artıq daha sistemli, elmi və məlumatlara əsaslanan şəkildə həyata keçirildiyini vurğulayaraq deyib: “Hazırda buludlandırma işləri hədəfli, elmi və məlumat yönümlü şəkildə genişləndirilib və son su ilində ölkənin 31 vilayətində bu çərçivədə 61 dron əməliyyatı və 2 min saat yer əməliyyatı həyata keçirilib”.

İranlı nazir bulud toxumlama fəaliyyətlərinin xüsusilə Urmiya Gölü, Zayəndə Rud, Tehran, Elburz, Fars və Xorasan bölgələrində cəmləşdiyini bildirib.

Aliabadi yeni su ilində də uyğun yağış sistemləri müəyyən edildikdən sonra eyni bölgələrdə bulud toxumlama əməliyyatlarının davam etdirildiyini də qeyd edib.

Избранный
26
1
operativmm.az

2Источники