RU

Meymunçiçəyi virusunun yeni növü aşkarlandı

Alimlər Böyük Britaniyada mpox virusunun yeni bir variantının aşkarlandığını bildiriblər.

Əvvəllər maymunçiçəyi kimi tanınan mpox virusunun bu yeni növü, Asiyaya yaxın zamanda səyahət etmiş bir şəxsdə müəyyən edilib.

"Cebheinfo.az" xəbər verir ki, Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni variantın müxtəlif mpox növlərindən genetik material daşıyan “rekombinant” bir virus olduğunu açıqlayıb.

Mütəxəssislər bu hadisənin virusun qlobal dövriyyədə olduğunu və təkamül keçirməyə davam etdiyini göstərdiyini bildirirlər.

Mpox yaxın təmas yolu ilə yayılır. Xəstəlik yalnız cinsi əlaqə ilə deyil, həm də öskürək və asqırma zamanı ötürülə bilər.

Mütəxəssislərə görə, xəstəlik qripə bənzər əlamətlərlə başlayır. Üşütmə, halsızlıq, əzələ və bel ağrılarından sonra dəridə su toplayan səpgilər, ləkələr və ya xoralar əmələ gəlir.

Böyük Britaniyanın Milli Səhiyyə Sistemi mpoxun simptomları arasında qızdırma, baş ağrısı, bel və əzələ ağrıları, bədənin müxtəlif hissələrində yaranan qabarcıqlı səpgilərin olduğunu qeyd edib.

Bu səpgilərin adətən qızdırma və digər qripəbənzər əlamətlərdən 1–5 gün sonra ortaya çıxdığı bildirilib.Mövcud mpox virusunun iki əsas genetik qrupa ayrıldığı qeyd olunur. “Clade I” adlanan növ daha ağır keçir və Mərkəzi və Şərqi Afrikada çoxsaylı ölüm hallarına səbəb olan epidemiyalara yol açıb.

“Clade II” isə 2022-ci ildə ABŞ-də baş verən epidemiyanın səbəbi kimi göstərilir və ölüm nisbəti daha aşağıdır.

Rəsmilər Böyük Britaniyada aşkarlanan yeni mpox variantında “Clade Ib” və “Clade Iıb” növlərinə aid genetik xüsusiyyətlərin bir arada olduğunu açıqlayıblar.

Qeyd edək ki, mpox virusu səpgilər, dəri lezyonları və qabıqlarla birbaşa təmas yolu ilə insandan insana keçə bilir. Cinsi əlaqə, öpüşmək, qucaqlaşmaq və uzunmüddətli dəri təması yoluxma riskini artırır.

Bundan əlavə, tüpürcək, burun axıntısı kimi bədən mayeləri ilə təmas, dəsmal, çarşaf və geyim kimi əşyaların ortaq istifadəsi də yoluxmaya səbəb ola bilər.

Uzunmüddətli üz-üzə danışıq, öskürək və asqırma zamanı da yoluxma riski olduğu bildirilir.

Избранный
102
1
cebheinfo.az

2Источники