RU

MMA döyüşçüsü həyat yoldaşını döydü - qadın xəstəxanaya çatdırıldı - FOTO

Rusiyanın Omsk şəhərində MMA idmançısının məişət zəminində həyat yoldaşına xəsarət yetirməsi ilə bağlı insident qeydə alınıb.

İdman.Biz xəbər verir ki, tərəflər arasında mübahisə məişət işi - düzgün təmizlənməmiş mətbəx səbəbilə yaranıb və qalmaqal qadının döyülməsi ilə nəticələnib.

Xəstəxanada ona qapalı burun sınığı diaqnozu qoyulub.

Polis açıqlamasında bildirilib ki, 2000-ci il təvəllüdlü qadın və onun həmyaşıd həyat yoldaşı arasında baş verən hadisənin detalları araşdırılır. Hüquq-mühafizə orqanları insidentin məişət zorakılığı kimi qiymətləndirildiyini və proses üzrə hüquqi tədbirlərin görüldüyünü qeyd edib.

İdman.Biz

Məqalədə:
Избранный
32
1
idman.biz

2Источники